...

TQDK buraxılış imtahanının nəticələrini açıqladı

Cəmiyyət Materials 8 İyun 2015 15:31 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 6-da keçirilmiş buraxılış imtahanının (IX və XI siniflər üçün) nəticələrini açıqlayıb.
TQDK buraxılış imtahanının nəticələrini açıqladı

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 6-da keçirilmiş buraxılış imtahanının (IX və XI siniflər üçün) nəticələrini açıqlayıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, imtahanda iştirak etmiş şagirdlər öz nəticələri ilə TQDK-nın internet saytında http://eservices.tqdk.gov.az/netorta/ linkinə daxil olmaqla və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

Təqdim olunan linkə daxil olmaqla qiymətləndirmə meyarları ilə də tanış olmaq mümkündür.

Kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərin nəzərinə bir daha çatdırılır ki, ümumi (9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan, hər bir fənn üzrə minimal balı isə 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Tam (11 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan (xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.

V qrup üzrə müsabiqə şərtləri isə 2 saylı "Abituriyent" jurnalında verilib.

Qeyd edək ki, buraxılış imtahanında bir düzgün cavab 1 balla hesablanır.

Xatırladaq ki, iyunun 6-da Sumqayıt, Abşeron, Mingəçevir, Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax və Oğuz şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti