Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda cəzaçəkmə müəssisələrində təhsil alan şagirdlərdən 16 nəfəri buraxılış imtahanında yaxşı nəticə əldə edərək bir və ya bir neçə fəndən "4" və "5" qiyməti alıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, Ədliyyə Naziriliyi Penitensiar Xidmətin tabeliyindəki 1, 2, 7, 10 və 11 saylı cəzaçəkmə müəssisələrində və Tərbiyə müəssisəsində fəaliyyət göstərən xüsusi ümumtəhsil məktəblərində buraxılış imtahanları keçirilib.
Həmin müəssisələrdə fəaliyyət göstərən 2, 20, 45, 82, 103 və 115 saylı xüsusi ümumtəhsil məktəblərində təhsil alan 9 və 12-ci sinif şagirdləri (156 nəfər) ümumi qaydada imtahan veriblər.