...

Hesab.az istifadəçisi olan "Nar" abunəçiləri darda qalmayacaq

Cəmiyyət Materials 11 İyun 2015 10:30 (UTC +04:00)
Daim istifadəçilərinin rahatlığını düşünən Hesab.az “Nar” ilə əməkdaşlığının yeni mərhələsinə başlayıb.
Hesab.az istifadəçisi olan "Nar" abunəçiləri darda qalmayacaq

Daim istifadəçilərinin rahatlığını düşünən Hesab.az "Nar" ilə əməkdaşlığının yeni mərhələsinə başlayıb. Artıq "Nar" abunçiləri fövqəladə hallarda belə balansını artıra biləcək.

Belə ki, "Nar" abunəçisi balansı 0 olduqda belə, internet paketsiz və Nar Kredit limiti bitsə də Hesab.az portalına pulsuz daxil olub, balansını artıra biləcək. Bunun üçün sadəcə Hesab.az istifadəçi olmaq kifayətdir.

"Nar" abunəçiləri Hesab.az-ın yaratdığı fövqəladə balans artırma imkanlarından yararlanaraq sevdikləri ilə hər şəraitdə rahat-rahat danışacaq.

Hesab.az haqqında

170 mindən çox istifadəçisi olan Hesab.az, GoldenPay şirkətinə məxsus 70-dən çox təşkilata bank kartları vasitəsi ilə ödənişləri təqdim edən bir portaldır. Burada mobil və stasionar telefon operatorlarına, internet provayderlərə, televiziya, kommunal təşkilatlara, lizinq və banklara kreditlərinin ödənişi etmək mümkündür. Hesab.az portalında həm də onlayn sığorta xidmətləri və kinoteatrlara bilet belə almaq mümkündür. İstifadəçilərə "Şəxsi kabinet" yaratmaq, ödənişlərin tarixçəsini aparmaq və bonuslar qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak etmək imkanı təqdim edilir. Hesab.az portalı beynəlxalq elektron təhlükəsizlik standartlarına cavab verən müasir texniki infrastruktura malikdir. Hər ay 10 mln. manatdan çox və 100 minlərlə əməliyyat bu portal vasitəsi ilə həyata keçirilir. Həmçinin, portalın iOS, Android və Windows platformalarında tətbiqləri də mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti