Rusiyanın ali məktəbi Bakı məktəblərində litsey siniflərinin yaradılmasını təklif edir

Cəmiyyət Xəbər 3 İyul 2015 15:22 (UTC +04:00)
Ali İqtisadiyyat Məktəbi (Milli Tədqiqat Universiteti) Bakının qabaqcıl rusdilli məktəblərində lisey sinifləri yaratmağı təklif edir.
Rusiyanın ali məktəbi Bakı məktəblərində litsey siniflərinin yaradılmasını təklif edir

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir Hüseyn Vəliyev/

Ali İqtisadiyyat Məktəbi (Milli Tədqiqat Universiteti) Bakının qabaqcıl rusdilli məktəblərində litsey sinifləri yaratmağı təklif edir. Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə Milli Tədqiqat Universitetinin rektoru Yaroslav Kuzminov deyib.

Onun sözlərinə görə, əsas məqsəd ən güclü məktəblilərin seçilməsidir: "Onlara məktəb proqramı çərçivəsindən çıxan və məktəblilərin, gələcək iqtisadçıların, riyaziyyatçıların, menecerlərin və hüquqşünasıların istedadlarını inkişaf etdirməyə imkan verən profil öncəsi hazırlıq təklif ediləcək.

Y.Kuzminov deyib: "Biz ali məktəblərdə litsey sinifləri və litseylər yaradaraq istedadlı məktəblilərlə işləyirik. Bu məsələ ilə bağlı Azərbaycanın təhsil naziri ilə görüşəcəyik. Görüşdə Bakının qabaqcıl rusdlli məktəblərində və Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin tərkibində Ali İqtisadiyyat Məktəbinin litseylərinin yaradılması imkanları müzakirə ediləcək".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti