...

Bakı-Sumqayıt sürət qatarları nə vaxt işləyəcək?

Cəmiyyət Materials 8 İyul 2015 17:37 (UTC +04:00)
“Stadler” ikimərtəbəli sürət qatarları sentyabrın əvvəlində Bakı-Sumqayıt marşrutu üzrə işə düşəcəklər.
Bakı-Sumqayıt sürət qatarları nə vaxt işləyəcək?

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir Maksim Tsurkov/

"Stadler" ikimərtəbəli sürət qatarları sentyabrın əvvəlində Bakı-Sumqayıt marşrutu üzrə işə düşəcəklər.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, Sumqayıt sərnişin stansiyası bərpa olunacaq: "Hazırda Sumqayıt sərnişin stansiyasının platformasında tikinti işləri gedir. Qatar sürətli olduğu üçün xətlərdə keçidlər ləğv edilir, Bakı daxilində isə çəpərlənmələr quraşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti