...

Ermənistanda ailəsi ilə birgə könüllü Azərbaycana keçmiş erməninin məhkəməsi başlayır

Cəmiyyət Materials 29 İyul 2015 11:25 (UTC +04:00)
Ermənistandakı ağır duruma dözməyərək ailəsi ilə birgə Azərbaycan tərəfinə keçmiş Yeqişe Gevorkyan barəsində başlanmış cinayət işi üzrə istintaq başa çatıb və iş məhkəməyə verilib.
Ermənistanda ailəsi ilə birgə könüllü Azərbaycana keçmiş erməninin məhkəməsi başlayır

Azərbaycan, Bakı, 29 iyul /Trend/

Ermənistandakı ağır duruma dözməyərək ailəsi ilə birgə bir neçə il əvvəl könüllü Azərbaycan tərəfinə keçmiş Yeqişe Gevorkyan barəsində başlanmış cinayət işi üzrə istintaq yekunlaşıb və cinayət işi araşdırılmaq üçün məhkəməyə verilib.

Bu barədə Trend Ermənistan KİV-lərinə istinadən xəbər verir.

Y.Gevorkyan barəsində cinayət işi Ermənistanın Milli Təhlükəsizlik Xidməti tərəfindən açılmışdı. Ermənistan Milli Təhlükəsizlik Xidməti Y.Gevorkyan ailəsi ilə birlikdə Naxçıvana keçəndə onun barəsində dövlət sərhədini qanunsuz keçmə maddəsi ilə cinayət işi açıldığını bildirmişdi. Gevorkyan ailəsi ilə Ermənistana təhvil veriləndə isə həbs qətimkan tədbiri Ermənistandan çıxmama haqda iltizamla əvəzlənmişdi.

Qeyd edək ki, Ermənistan vətəndaşları, 1958-ci il təvəllüdlü Gevorkyan Eqişe Petrosoviç və onun ailə üzvləri - həyat yoldaşı 1982-ci il təvəllüdlü Mardanyan Ruzanna Genoyevna, oğlu 2002-ci il təvəllüdlü Gevorkyan Alfred Yeqişeviç, qızı 2003-cü il təvəllüdlü Gevorkyan Qayane Yeqişevna və oğlu 2006-cı il təvəllüdlü Mardanyan Petros Yeqişeviç 2010-cu il yanvarın 10-da üçüncü dövlət ərazisində yaşamaq niyyəti ilə qanunsuz olaraq Naxçıvan Muxtar Respublikası ərazisinə keçib və Azərbaycan beynəlxalq humanitar hüquq normalarına və 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarına hörmətlə yanaşaraq həmin şəxsləri 2014-cü il dekabrın 12-də qarşı tərəfə qaytarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti