...

Milli Preventiv Qrup üzvləri Şəki Penitensiar Kompleksində monitorinq aparıblar

Cəmiyyət Materials 11 Avqust 2015 13:22 (UTC +04:00)
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar Kompleksində olublar.
Milli Preventiv Qrup üzvləri Şəki Penitensiar Kompleksində monitorinq aparıblar

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir Elmir Murad/

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar Kompleksində olublar.

Ombudsman Apartının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan şəxslərin və məhkumların hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı MPQ üzvləri tərəfindən kompleks daxilində müxtəlif obyektlərdə 50-dən çox saxlanılan şəxs fərdi qaydada dinlənilib. Bir sıra şəxslərlə öz xahişləri ilə təkbətək söhbətlər aparılıb. Bəzi müraciətlər yerində araşdırılıb.

Qəbul edilən şəxslər şəraitdən və müəssisə əməkdaşlarına hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.

Penitensiar kompleksin yataqxanalarına, yeməkxanasına, tibb-sanitar hissəsinə, cərimə təcridxanasına, görüş yerlərinə və digər obyektlərə baxışlar keçirilib, qidalanma, içməli, isti və soyuq su təminatı, tibbi yardım, gəzinti, görüş, sovqat və telefon danışıqları ilə bağlı sənədləşmə və mövcud vəziyyət araşdırılıb.

Qeyd edək ki, başçəkmə çərçivəsində milli və beynəlxalq qanunvericiliyə, o cümlədən daxili intizam Qaydalarına müvafiq şəkildə müəssisə rəhbərliyinə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib. Başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciətin olunması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti