...

Azərbaycanın nəqliyyat sistemində yeni təyinat

Cəmiyyət Materials 20 Avqust 2015 11:39 (UTC +04:00)
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə yeni baş direktor təyin olunub.
Azərbaycanın nəqliyyat sistemində yeni təyinat

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir İlkin İzzət/

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) yeni baş direktor təyin olunub.

Trend -in əldə etdiyi məlumata görə, Nəqliyyat Naziri Ziya Məmmədovun 17 avqust 2015-ci ilə traixli əmri ilə Rüfət İmanov Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) baş direktoru təyin olunub.

Nazirin daha öncə imzaladığı əmrlə isə NİİM-in keçmiş baş direktoru Elnur Abdullayev Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, R.İmanov bundan əvvəl NİİM-də İnnovativ inkişaf və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti