Azərbaycan, Bakı, 31 avqust /Trend/
Bakıda 1 saylı marşrut avtobusunun fəaliyyətə başlama vaxtı texniki səbəblərdən 1 həftə müddətinə uzadılır. Bu barədə Trend-ə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində deyiblər.
Belə ki, 1 saylı marşrut avtobusu sabahkı tarixdən yox, təqribi olaraq 6-7 gün sonra fəaliyyətə başlayacaqdır. Bu səbəbdən hələlik digər (11, 8, 136, 184) marşrut xətlərində dəyişikliklər də 1 saylı marşrut avtobusu fəaliyyətə başladığı gündən tətbiq olunacaqdır.
Qeyd edək ki, bu müddətin uzadılması ləğv olunan 100 və 132 saylı marşrut avtobuslarına aid deyil.