...

Azərbaycan-İran sərhədində sıxlıq yaranıb

Cəmiyyət Materials 9 Sentyabr 2015 16:55 (UTC +04:00)
Azərbaycan-İran sərhədində sıxlıq yaranıb.
Azərbaycan-İran sərhədində sıxlıq yaranıb

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Azərbaycan-İran sərhədində sıxlıq yaranıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşatəpə" gömrük keçid məntəqəsində fiberoptik rabitə xəttində qəza baş verdiyi üçün avtonəqliyyat vasitələrinin və sərnişinlərin sərhəddən keçidində nisbi sıxlıq yaranıb.

Hazırda problemin aradan qaldırılması üçün lazımi tədbirlər görülür və yaxın bir saat ərzində gömrük keçid məntəqəsinin normal fəaliyyəti bərpa olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti