Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Sentyabrın 28-də Bilgəh qocalar evində məskunlaşmış 100-dən çox ahılın sentyabrın 15-dən elan olunmuş "Açıq qapı aylığı" çərçivəsində 1 oktyabr "Beynəlxalq ahıllar günü" münasibətilə müayinəsi keçiriləcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müayinədə heriatr, kardioloq, LOR, göz həkimi iştirak edəcək.
Xatırladaq ki, oktyabrın 15-nə kimi paytaxt poliklinikalarında "Açıq qapı aylığı" keçirilir.
Aylıq çərçivəsində Ş.M.Həsənov adına "Sağlamlaşdırma və reabilitasiya" poliklinikasına şəhər poliklinikalarından göndərişlə müraciət etmiş xroniki ürək-damar sistemi, tənəffüs sistemi, mədə-bağırsaq, ginekoloji, endokrinoloji, nevroloji, uşaq xəstəlikləri, lor, stomatoloji və s. xəstəliklərlər əvvəlcə müayinə ediləcək, müayinədən sonra xəstələrə müalicə kursu təyin olunacaq.