...

Zəzlələ baş vermiş Şəki-Oğuz bölgəsində tədqiqatlar aparılacaq

Cəmiyyət Materials 28 Sentyabr 2015 15:35 (UTC +04:00)
Gələn ay Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri Şəki-Oğuz bölgəsində tədqiqatlara başlayacaqlar.
Zəzlələ baş vermiş Şəki-Oğuz bölgəsində tədqiqatlar aparılacaq

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir Elmir Murad/

Gələn ay Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri Şəki-Oğuz bölgəsində tədqiqatlara başlayacaqlar. Bunu Trend-ə açıqlamasında qurumun baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, sözügedən ərazidə tektonik gərginlik azalsa da, həmin ərazi diqqətdə saxlanılır.

Şəkİ-Oğuz bölgəsinin seysmik zona olduğunu vurğulayan Q.Yetirmişli qeyd edib ki, həmin ərazidəki ocaqda gedən prosesləri öyrənmək üçün əlavə qurğular quraşdırılıb: "Biz Şəki-Oğuz bölgəsində əlavə 4 ədəd seysmik cihaz quraşdırmışıq. Quraşdırılmış seysmik cihazlar gələcəkdə baş verə biləcək ən xırda təkanları belə qeydə alacaq. Bununla yanaşı, sözügedən ərazidəki bütün prosesləri öyrənməyə çalışırıq. Çünki Şəki-Oğuz bölgəsi ilə bağlı hesabat hazırlayırıq".

Qeyd edək ki, sentyabrın 4-də Azərbaycanın bir sıra bölgələrində zəlzələ baş vermişdi. Zəlzələ Şəki şəhərindən 29 km cənub-şərqdə qeydə alınmışdı. Zəlzələ episentrdə 7 bal, respublikanın ətraf rayonlarında isə 6, 5, 4 və 3 bala qədər hiss olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti