...

Sürücülərin diqqətinə: bu yolda tıxac var (FOTO)

Cəmiyyət Materials 1 Oktyabr 2015 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Elmir Murad/

Bakı-Sumqayıt (Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığı, Sumqayıt şəhəri istiqamətində) şossesində tıxac yaranıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, sözügedən yolda sıxlıq piyada keçidinin tikintisi ilə əlaqədar olaraq yaranıb.

Tikinti işlərini aparan "Körpü-Bina-Tikinti" MMC tərəfindən verilən məlumata əsasən, piyada keçidinin tikintisi zamanı yolun bəzi zolaqları qısa müddət ərzində bağlı olacaq.

Tikinti işləri 2 ay davam edəcək. Sürücülərə alternativ olaraq Binəqədi şossesi və Rəşid İsmayılov küçələrindən istifadə etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti