...

Bu gündən hava dəyişir, leysana hazır olun!

Cəmiyyət Materials 2 Oktyabr 2015 12:47 (UTC +04:00)
Bu gün axşamdan başlayaraq, ölkə ərazisində hava şəraiti dəyişir, temperatur enəcək, bəzi yerlərdə leysan yağacaq.
Bu gündən hava dəyişir, leysana hazır olun!

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gün axşamdan başlayaraq, ölkə ərazisində hava şəraiti dəyişir, temperatur enəcək, bəzi yerlərdə leysan yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağma ehtimalı var. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19, gündüz 23-27 dərəcə isti olacaq.

Oktyabrın 3-5-də Abşeron yarımadasında meteroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 3-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əcəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.

Oktaybrın 2-i axşamdan oktyabrın 6-sı gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti