...

Lyublyanada alman faşizminə qarşı döyüşmüş Azərbaycan, Sloveniya, Xorvatiya partizanlarının xatirəsi anılıb (FOTO)

Cəmiyyət Materials 23 Oktyabr 2015 10:41 (UTC +04:00)
Lyublyanada alman faşizminə qarşı döyüşmüş Azərbaycan, Sloveniya, Xorvatiya partizanlarının xatirəsi anılıb.
Lyublyanada alman faşizminə qarşı döyüşmüş Azərbaycan, Sloveniya, Xorvatiya partizanlarının xatirəsi anılıb (FOTO)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Lyublyanada alman faşizminə qarşı döyüşmüş Azərbaycan, Sloveniya, Xorvatiya partizanlarının xatirəsi anılıb.

Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyinin və ölkəmizin Xorvatiyadakı diplomatik korpusunun birgə təşəbbüsü ilə İkinci Dünya Müharibəsi zamanı keçmiş Yuqoslaviyanın azadlığı uğrunda alman - faşizminə qarşı döyüşən Azərbaycan, Sloveniya, Xorvatiya partizanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Diplomatik korpusdan Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfiri Qalib İsrafilov, Xorvatiyadakı səfirimiz Kamil Xasiyev, ölkəmizin Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyev, Sloveniyanın keçmiş prezidenti Milan Kuçan, Xorvatiyanın keçmiş prezidenti Stepan Mesiç, Nova Qoritsa şəhərinin Meri Matey Arçon, Nova Qoritsa şəhərinin yerli deputatları və Sloveniya ictimaiyyətinin tanınmış şəxsləri iştirak ediblər.

Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyevin verdiyi məlumata görə ,anım mərasimində çıxış edən rəsmi şəxslər,ikinci dünya müharibəsi zamanı Azərbaycanın igid oğul və qızlarının keçmiş Yuqoslaviyanın alman faşizmindən azad edilməsində göstərdikləri qəhrəmanlıq şücaətindən söz açıblar.Tarixin bütün ağır dönəmlərində Azərbaycan xalqının digər xalqlarla çiyin-çiyinə durduğunu xatırlayan natiqlər,1941-45-ci illərdə bütün dünyanı təhdid edən Hitler rejiminə qarşı Azərbaycan,Sloveniya və Xorvatiya partizanlarının apardıqları rəşadətli döyüş yolunun gələcək nəsillərə örnək olduğunu diqqətə çatdırıblar.

Sonra tədbirə qatılanlar ikinci dünya müharibəsi zamanı keçmiş Yuqoslaviynın azadlığı uğrunda IX-cu korpusun tərkibində alman faşizminə qarşı döyüşən Azərbaycan,Sloveniya , Xorvatiya döyüşçülərinin dəfn edildiyi memorial kompleksin və əfsanəfi kəşfiyyatçı Mehdi Hüseynzadənin (Mixaylo)xatirə muzeyinin önünə tər çiçəklər qoyaraq onların xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər. Tədbir iştirakçıları Mehdi Hüseynzadənin xatirəsinə sönməz hörmət və ehtiramlarını onun Şempas qəsəbəsində yerləşən xatirə muzeyinin və abidəsinin ətrafına ağaclar əkməklə çatdırıblar .

Tədbir çərçivəsində Azərbaycan ,Sloveniya və Azərbaycan , Xorvatiya dostluq cəmiyyətləri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti