...

Ənənəvi “Mütəqillik kuboku” baş tutdu

Cəmiyyət Materials 30 Oktyabr 2015 14:57 (UTC +04:00)
Ənənəvi “Mütəqillik kuboku” baş tutub.
Ənənəvi “Mütəqillik kuboku” baş tutdu

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Ənənəvi "Mütəqillik kuboku" baş tutub.

"Azərbaycan" İntellektual Oyunlar Klubundan Trend-ə verilən məlumata görə, kubunun təşkilatçılığı ilə Azərbaycanın Dövlət Müstəqilliyi gününə həsr olunmuş və sayca artıq 4-cü olan "Müstəqillik Kuboku" turniri keçirilib. Turnir "Nə? Harada? Nə zaman?" formatında olmaqla 60 sualdan ibarət idi. NHN mərhələsində ən yüksək nəticə göstərmiş ilk 8 komanda arasında isə Breyn Rinq formatında oyun keçirilib.

Turnirin ideya müəllifi və aparıcısı Aydın Piriyev olub.

Sual müəllifləri isə klubun aktiv oyunçuları olan Ülkər Mehdiyeva, Zümrüd Şirinova, Surxay Əlizadə, Rauf Hacımuradov, Cavid Məmmədov, İsmayıl Məmmədov və Şəhriyar Əliyev olublar .

Yarışma 35 komandanın iştirakı ilə yadda qalaraq Bakı Dövlət Universitetində təşkil olunub.

Turnirdə ümumi qalibiyyəti HİT komandası qazanıb, 2-ci yer Gryffindor, 3-cü yer isə Dinamo komandasının olub. Hər üç komanda qalibiyyəti əks etdirən simvolik hədiyyələrlə təltif olunublar.

"Azərbaycan" İntellektual Oyunlar Klubu paytaxtla kifayətlənməyərək həmçinin Azərbaycanın bölgələrində yeniyetmə və gənclərin marağını öz üzərində cəmləşdirir. Lənkəran, Quba, Qusar, Şabran, Göyçay, Balakən, İmişli, Qərb bölgəsi üzrə Göygöl, Tovuz, Gədəbəy, Samux, Şəmkir, Ağstafa, Qazax üzrə hal- hazırda nümayəndəliklər var və mütəmadi olaraq oyunlar təşkil edilir.

Xatırladaq ki, Trend, Day.az və Milli.az informasiya dəstəyi rolunda çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti