...

Sabah Azərbaycanın bəzi ərazilərində yağış yağacaq

Cəmiyyət Materials 19 Noyabr 2015 13:08 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində yağış yağacağı gözlənilir.
Sabah Azərbaycanın bəzi ərazilərində yağış yağacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Sabah Azərbaycanın bəzi ərazilərində yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-14, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti