Bakı. Trend:
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Siqaretdən imtina" günləri keçirilir.
Trend-in məlumatına görə, "İqtisadçı Gənclər Akademiyası" İctimai Birliyi ilə Tələbə Gənclər Təşkilatının birlikdə təşkil etdiyi "Siqaretdən imtina" günləri çəçivəsində universitetin professor-müəlim heyəti, tələbə, magistrant, doktorantları və bütün əməkdaşları xüsusi hazırlanan lövhənin qarşısında çəkdirdikləri şəkilləri sosial şəbəkələrdə #nefesiniqoru #siqareteyox #tustusuzheyat #smokekillsus #saveurlungs #nosmokeyeslove heşteqləri ilə paylaşacaqlar. Siqaretsiz həyatı təbliğ etmək üçün şəkillərdə hər kəsin pozitiv görünməsi şərtlərdən biridir.
Eyni zamanda tələbələr "Siqaretdən imtina" günü çərçivəsində videoçarx hazırlayıblar. Videoçarxda siqaretin zərərlərindən bəhs edilir.