...

Bilik Fondu Minskdə keçirilən Beynəlxalq konfransda təmsil olunub

Cəmiyyət Materials 20 Noyabr 2015 14:27 (UTC +04:00)
Bilik Fondu Minskdə keçirilən Beynəlxalq konfransda təmsil olunub.
Bilik Fondu Minskdə keçirilən Beynəlxalq konfransda təmsil olunub

Bakı. Trend:

Bilik Fondu Minskdə keçirilən Beynəlxalq konfransda təmsil olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndəsi noyabrın 12-si Boris Qrinçenko adına Kiyev Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda iştirak edib. Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, "Daimi inkişafda təhsilin rolu: İntellektualların beynəlxalq dialoqu" adlı tədbirdə Bilik Fondunu Beynəlxalq layihələr sektorunun müdiri Riyad Məmmədzadə təmsil edib.

Konfransı açılış nitqi ilə universitetin rektoru Viktor Aleksandroviç Oqnevyuk açıb. Rektor dünyanın sülh şəraitində yaşaması və insanların rahat həyat sürmələri üçün bütün problemlərin önünə təhsili çıxarmağın vacibliyini bildirib. Onun sözlərinə görə, təhsilli, intellektual insan başqasının azadlığına toxunmadan yaşamağa üstünlük verir.

Belədə nə mübahisə olur, nə savaş. Ona görə də intellektual insanların sayını artırmaq ən ümdə vəzifəmiz olmalıdır.

Ukrayna Respublikasının birinci prezidenti Leonid Makaroviç Kravçuk da eyni məzmunda çıxış edərək, dünyanı təhsil ətrafında birliyə çağırıb.

Konfransda ABŞ, Belarus, Ukrayna, Qazaxstan, Qırğızıstan, Türkiyə və Azərbaycandan olan alimlərin maraqlı məruzələri dinlənilib.

Bilik Fondunun nümayəndəsi R.Məmmədzadə "Multikulturalizm - azərbaycanlının həyat tərzi kimi" mövzusunda mühazirə söyləyib.

O, tolerantlığın azərbaycanlıya genlə gəldiyini və bütün dinlərə, xalqlara, millətlərə hörmətlə yanaşmağımızın həyat tərzimizə çevrildiyini bildirib. Azərbaycan Prezidentinin bu sahədəki qərar və tövsiyələrindən danışan R.Məmmədzadə Bilik Fondunun fəaliyyətinə də diqqət çəkib.

R.Məmmədzadə konfransdan sonra universitetin rektoru V.Oqnevyuka və Ukraynanın birinci prezidenti Leonid Kravçuka Bilik Fondunun adından hədiyyələr təqdim edib.

Konfrans Ukrayna mətbuatı tərəfindən geniş işiqlandırılıb və yazılarda Azərbaycandakı multikultural mühitdən bəhs olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti