...

Terrordan əziyyət çəkən Parisin bu addımı əsl fitə basılasıdır

Cəmiyyət Materials 23 Noyabr 2015 22:00 (UTC +04:00)
“Hayastan” ümumerməni fondunun təşkil etdiyi XVI Avropa telemarafonuna Paris meri Ann İdalqonun dəstək verməsi də ikili standartın ən bariz nümunəsidir.
Terrordan əziyyət çəkən Parisin bu addımı əsl fitə basılasıdır

Məftun Salmanov - Trend:

Fransa Paris faciəsini "reklam" edərək Avropanı özü ilə birlikdə yas tutmasına nail oldu. Rəsmi Paris eyni addımı bu ilin yanvarında "Charlie Hebdo" nəşrinə qarşı törədilmiş terror aktında zamanı da atmışdı.

Etiraf etmək lazımdır ki, hər iki halda da Fransanın faciəni "reklam" etmək bacarığı öz bəhrəsini verdi. Birinci halda, Fransa terror aktını söz azadlığına qarşı hücum kimi qiymətləndirdi. Həmin vaxt bir çox ölkələrin dövlət və hökumət başçıları Parisdə birlik yürüşünə çıxdı. Nəşrə dəstək olmaq üçün mən "Charlie Hebdo"yam kampaniyası başladı. Avropa bu kampaniyaya qoşuldu. Sonradan bu kampaniyaya qoşulmuş ruslar buna peşman oldular. Belə ki, nəşr Rusiya təyyarəsinin Misirdə qəzaya uğramasına dair karikatura çəkməsi bu ölkənin hiddətinə səbəb oldu.

Parisdəki terror aktlarında isə Fransa bu hücumu ölkəyə qarşı müharibə kimi qiymətləndirdi. Bu dəfə də rəsmi Paris faciəni özünküləşdirmədi və onu ümumələşdirdi. Bu məqsədlə insanların kütləvi axın etdiyi sosial şəbəkələr və idman oyunları seçildi.

Sosial şəbəkələrdə Parisdəki terror aktları ilə bağlı müxtəlif heşteqler yaradıldı, profil şəkilləri Fransanın üçrəngli bayrağı ilə büründü. Futbol üzrə beynəlxalq matçlar, o cümlədən Avropanın bir sıra ölkə çempionatlarında hadisə qurbanları 1 dəqiqəlik sükutla yad edildi. Üstəlik Fransa dövlət himni "Marselyoza" futbol üzrə İtaliya və İngiltərə çempionatı oyunlarında oxundu.
Fransa buna dünyadakı gücünə və həmfikirlələrinin çoxluğu sayəsində nail oldu.

Parisdə günahsız insanların öldürülməsi faciə idi və Avropa Fransanın ağır günündə Parisə dəstək olmalı idi və bunu da etdi. Məsələ, başqalarının faciəsində Avropanın Fransaya göstərdiyi münasibəti eyni həssaslıqla göstərməməsindədir. Elə götürək oktyabrda Ankarada 100-dən artıq insanın ölümü ilə nəticələnən terror aktını.

Ankaradakı terror aktı Türkiyənin öz problemi səviyyəsində qaldı. Avropa şifahi və yazılı dəstəklə kifayətləndi. Nə UEFA beynəxlaq oyunlarda 1 dəqiqəlik sükut təlimatı verdi, nə də ki Avropanın futbol üzrə ölkə çempionatlarında "İstiqlal" marşı oxundu, qurbanlar yad edildi. Heç Avropadakı sosial şəbəkə istifadəçiləri də al-qırmızı bayrağı profil şəkilləri etmədilər.

Bu, ikili standart bir çox insanları, xüsusilə də Avropanın müsəlman kəsimini narahat edir. Buna görə də bəzi idman oyunlarında Paris qurbanlarının 1 dəqiqəlik sükutla yad edilməsi fitə basıldı. Təbii ki, fitə basma yolverilməzdir. Bu, qurbanların ruhuna qarşı hörmətsizlikdir. Lakin azarkeşlərin bu hərəkəti daha çox Fransa hökumətinə qarşı yönəldilmişdi.

Fransanın müsəlman ölkələri arasında müstəmləkələri olub. Bu müstəmləkələrdə Fransanın törətdiyi qətliamlar, xüsusilə Əlcəzairdə törətdikləri müsəlmanların hafizəsindən silinmir.

Bu ikili standartdan ən çox əziyyət çəkən ölkələrin sırasında Azərbaycan da var. Ölkəmiz Xocalı soyqırımını yaşayıb. Lakin erməni hərbçilərinin törətdikləri Xocalı soyqırımını Avropaya çatdırmaqda müxtəlif maneələrlə və ikili standartlarla üzləşir.

"Hayastan" ümumerməni fondunun təşkil etdiyi XVI Avropa telemarafonuna Paris meri Ann İdalqonun dəstək verməsi də ikili standartın ən bariz nümunəsidir. Paris daha əvvəl separatçı Dağlıq Qarabağ rejiminin başçısını da qəbul etməklə də ədalətsizliyə yol vermiş, öz maraqlarını güdmüşdü. Terrordan əziyyət çəkən Parisin bu addımı ən azından əsl fitə basılasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti