...

Əli Əhmədov: Sərsəng Su Anbarına qarşı təxribat törədilməsi təhlükəsi qalmaqdadır

Cəmiyyət Materials 24 Noyabr 2015 12:19 (UTC +04:00)
“Su anbarına qarşı təxribat törədilməsi təhlükəsi qalmaqdadır.
Əli Əhmədov: Sərsəng Su Anbarına qarşı təxribat törədilməsi təhlükəsi qalmaqdadır

Bakı. İlhamə İsabalayeva - Trend:

"Su anbarına qarşı təxribat törədilməsi təhlükəsi qalmaqdadır. Beynəlxalq qurumlar, dünya ictimaiyyəti erməni təxribatının qarşısının alınması üçün tədbirlər görməlidirlər".

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib: "Azərbaycana hücum etmiş və torpaqlarımzın 20 fazini işğal etmiş ermənilər digər vasitələrlə təxribat törədə bilərlər. Bu istiqamətdə qeyd edilən problem də qalmaqdadır. Güman edirəm ki, beynəlxalq qurumlar ola biləcək erməni təxribatlarının qarşısını almaq üçün tədbirlər görməlidirlər. Bu istiqamətdə tədbirlər görülməlidir, bu məsələ ilə bağlı aparılan müzakirələr həqiqətin ortaya çıxmasına səbəb olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti