...

Bakıda iki avtobusun hərəkətində dəyişiklik edildi

Cəmiyyət Materials 1 Dekabr 2015 15:30 (UTC +04:00)
Bakıda 49 saylı marşrut avtobusunun hərəkət istiqamətində dəyişiklik olunub.
Bakıda iki avtobusun hərəkətində dəyişiklik edildi

Bakı. Elmir Murad - Trend:

Bakıda 49 saylı marşrut avtobusunun hərəkət istiqamətində dəyişiklik olunub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, əvvəllər 49 saylı marşrut avtobusu Atəşgah dairəsindən "Xətai" metro stansiyasına kimi hərəkət edirdisə, sabahdan etibarən bu marşrutun xətti uzadılacaq. Belə ki, sözügedən avtobus Atəşgah dairəsi - Bakıxanov dəmiryol stansiyası - Bakıxanov ticarət mərkəzi - Dakar meydanı - Babək pr. - "Xətai" metro stansiyası - Xətai pr. (Şərq bazarı) - "Cəfər Cabbarlı" metro stansiyası - Azadlıq pr. - S.Rəhimov küçəsi ilə fəaliyyət göstərəcək.

Sakinlərin xahişi və müraciətləri nəzərə alınaraq, Avropa Oyunları ilə əlaqədar xətti qısaldılmış 165 saylı marşrut avtobusunun əvvəlki hərəkət istiqaməti isə bərpa olunub. Bu gündən etibarən 165 saylı marşrut avtobusu Binəqədi-Novxanı yolu, Gülüstan küçəsi, döngə 15 ünvanından Şərifzadə küçəsinə ("Kaktus" restoranının yanı) kimi hərəkət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti