...

Dərmanların qiymətlərini telefon və planşetlərdən izləyə bilərsiniz

Cəmiyyət Materials 2 Dekabr 2015 10:31 (UTC +04:00)
Qiymətləri tənzimlənmiş dərman vasitələrinin siyahısını mobil telefonlara və planşetlərə yükləməklə dərman vasitələrinin qiyməti, tərkibi, istehsalçı ölkəsi və təsdiq olunmuş qiymətlərin tətbiq edildiyi tarix barədə ətraflı məlumat almaq mümkündür.
Dərmanların qiymətlərini telefon və planşetlərdən izləyə bilərsiniz

Bakı. Trend:

Qiymətləri tənzimlənmiş dərman vasitələrinin siyahısını mobil telefonlara və planşetlərə yükləməklə dərman vasitələrinin qiyməti, tərkibi, istehsalçı ölkəsi və təsdiq olunmuş qiymətlərin tətbiq edildiyi tarix barədə ətraflı məlumat almaq mümkündür.

Bu barədə İqtisadiyyat və Sənaye Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumatda deyilir.

Bildirilir ki, qiymətləri tənzimlənmiş dərman vasitələrinin həm tərkib, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının www.tariff.gov.az saytının "Dərman vasitələri" bölməsində "pdf" formatında yerləşdirilib. Bu isə, həmin cədvəllərin mobil telefonlara və planşetlərə yüklənməsinə və cədvəllərdən elektron kitabça kimi istifadə etməyə, ictimai nəzarətin daha bir formasının tətbiqinə imkan yaradır.

Qeyd edək ki, yeni dərman vasitələrinin qiymətləri təsdiqləndikcə bu cədvəllər də yenilənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti