...

SOCAR rəsmiləri Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan neftçiləri ziyarət ediblər

Cəmiyyət Materials 6 Dekabr 2015 18:02 (UTC +04:00)

Bakı. Samir Məmmədov - Trend:

Bü gün SOCAR rəsmiləri Mərkəzi Neftçilər Xəstəxanasında "Günəşli" yatağında baş vermiş yanğın zamanı xəsarət almış neftçiləri ziyarətə gəliblər.

Trend-in məlumatına görə, SOCAR-ın vitse-rezidenti Xaliq Məmmədov, Mikayıl İsmayılov və Elşad Nəsirov hazırda xəstəxanada müalicə alan 8 nəfər neftçi ilə görüşüb.

Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan xəsarət almış neftçilərin adları:

Rəcəbov Mərdan - qabırğa sınığı

Məmmədov Allahverdi - bazunun sınığı

Əliyeva Məlahət - bel fəqərəsinin sınığı

Hüseynov Rəşid - kəllə beyin silkələnməsi

Abbasov Mais - alın nahiyyəsinin kəsilmış, cırılmış yarası

Əliyev Ənvər - alın nahiyyəsinin burun göz altı yarası

Cəfərov Faiq - hipotermiya,başın yumşaq toxumaların əzilməsi

Orucov Atakişi - hipotoniya,yumşaq toxumaların əzilməsi

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti