...

BDU intellektualları mükafatlandırıldı (FOTO)

Cəmiyyət Materials 23 Dekabr 2015 10:03 (UTC +04:00)
Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən "InClub"un təşkil etdiyi intellektual yarışmanın qalibləri mükafatlandırılıb.
BDU intellektualları mükafatlandırıldı (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən "InClub"un təşkil etdiyi intellektual yarışmanın qalibləri mükafatlandırılıb.

BDU THİK İctimaiyyətlə əlaqələr departamentindən Trend-ə verilən məlumata görə, tədbirdə BDU THİK sədri Daşqın Qənbərov, "InClub"un idarə heyəti və rəhbəri Nəcməddin Sofıyev, komandalar iştirak edib. Daşqın Qənbərov intellektual yarışmaların keçirilməsini THİK-in qarşısında duran mühüm vəzifələrdən biri olduğunu bildirib. Onun fikrincə, bu tip yarışmalar mütəmadi keçirilməli və tələbələri intellekt şousuna cəlb etməlidir.

N.Sofıyev qalib komandaları təbrik edərək gələcək planlardan danışıb. O qeyd edib ki, "InClub"ın təşkil etdiyi intellekt marafonuna azərbaycan bölməsi üzrə 32, rus bölməsi üzrə isə 16 komanda qoşulub.

Nəticələrə əsasən, azərbaycan bölməsi üzrə 1-ci yeri "X-12", 2-ci yeri "Griffindor", 3-cü yeri isə "Edemma" komandaları qazanıb. Rus bölməsi üzrə 1-ci yerdə "EcoFack", 2-ci yerdə "Elita", 3-cü yerdə isə "Geofaktorial" komandaları qərarlaşıb.

Sonda qaliblərə diplom, medallar və dəyərli hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti