“Günəşli” yatağında yanğının söndürülməsi və itkin düşənlərin axtarışı davam etdirilir

Cəmiyyət Materials 24 Dekabr 2015 11:08 (UTC +04:00)
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə tədbirlərini davam etdirir.
“Günəşli” yatağında yanğının söndürülməsi və itkin düşənlərin axtarışı davam etdirilir

Bakı. Trend:

"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə tədbirlərini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-5" yanğınsöndürmə gəmisi özüldəki yanğının söndürülməsi, Aviasiya dəstəsi, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri itkin düşənlərin axtarışını davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti