Xınalıq dilindən Çin dilinə qədər uzanan multikulturalizm yolu (FOTO)

Xınalıq dilindən Çin dilinə qədər uzanan multikulturalizm yolu (FOTO)

Ceyhun Musaoğlu

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Perspektiv inkişaf və layihələrin monitorinqi qrupunun rəhbəri, mətbuat katibi

1800 kilometr yol qət etdik. 7 gün ərzində 23 rayonda olduq. İcra başçıları, sakinlər, müəllim və şagirdlərlə görüşdük. Onlara Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı və Dövlət müşaviri Kamal Abdullayevin baş redaktorluğu ilə 25 xalqın dilində nəşr olunmuş alman türkoloqu Henrix Fridrix fon Ditsin 1815-ci ildə ilk dəfə dünya elminə təqdim etdiyi "Kitabi-Dədə Qorqud". Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabını hədiyyə verdik.

Kitaba ətraflı önsöz yazan Fridrix fon Dits yeni aşkar edilmiş Oğuz siklopunu Homerin qədim siklopu ilə müqayisə edib. 52 bənddən ibarət olan müqayisəli önsözü oxuyanda məlum olur ki, "Kitabi-Dədə Qorqud" dastanı Homer üçün mənbə rolunu oynayıb, sadəcə birinci dastan elm aləminə ikincidən gec tanıdılıb. Fridrix fon Ditsin qələmə aldığı önsözün 51-ci bəndindən oxuyuruq: "Mən inanıram ki, Homer Təpəgöz nağılını Asiyaya səyahətində eşitmişdir. Homer tərcüməçi vasitəsi ilə danışdığına görə, təsvir ona natamam şəkildə çatdırılmış ola bilər və o da yalnız əsas cizgiləri öz Polifemininə vermişdir. Ola bilsin ki, o, bu əhvalatı İonien yaxınlığında özü eşitmişdir. Çünki oğuzların bir qəbiləsi kim bilir hansı ad altında, Priamın müttəfiqi olmuş və Troyanın mühasirəsi zamanı yunanlara qarşı vuruşmuşdur. Beləliklə də, Təpəgöz nağılı kiçik Asiyaya gətirilmiş, Homerin vaxtında yeni bir xatirə kimi yadda qalmış, Homer bundan istədiyi kimi istifadə etmişdir. Belə aydın olur ki, mükəmməl bir Siklop nağılı qədim zamanlarda Homerə dəxli olmadan bəzi xalqlar arasında geniş yayılmışdır və buna görə də, yunanların yazılarında oxunanları məhz yunanlara aid etmək olduqca ədalətsizlikdir. Mən yunanların bir çox elmi təsəvvür və məlumatlarına əsasən sübut etmişəm ki, bunlar Yaxın Şərqlilərdən əxz edilmişdir".

Türkoloq növbəti cümlələri ilə məntiqinə sanki möhür vurur. O, qeyd edir ki, "Krallığın yazıları kitabı"nda, "Asiya haqqında xatirələr" kitabında Asiya ilə tam bir əlaqəli nağıl, yaxud əfsanəyə çevrilmiş hekayə görürük, yunanlar bundan sikloplar adı ilə heç əlaqəsi olmadan danışırlar: "Çünki onlar siklopların 3 növündən söz açsalar da, Oğuzların bizə qoyub getdiyi bir bütövünü yarada bilməyiblər".

Belə möhtəşəm müqayisənin müəllifi hər zaman Azərbaycan xalqı tərəfindən hörmətlə anılacaq. Təsadüfi deyil ki, Prezident İlham Əliyev "Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin 2015-ci il boyu qeyd edilməsi haqqında Sərəncam imzaladı. Sərəncam çərçivəsində Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin rəhbərliyi və təşkilatçılığı ilə silsilə tədbirlər keçirildi. "Kitabi-Dədə Qorqud" dastanının təbliğatı və təşviqatı həm ölkə daxilində, həm də xaricdə geniş səviyyədə aparıldı. Bu mövzuda Beynəlxalq kollokvium, alim, tələbə, şagird konfransları keçirildi, dəyirmi masalar və elmi mühazirələr təşkil olundu.

Alman türkoloqu Henrix Fridrix fon Ditsin 1815-ci ildə ilk dəfə dünya elminə təqdim etdiyi ""Kitabi - Dədə Qorqud". Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabının 25 dildə tərcümə olunması da bu qəbildən olan işlər arasında hadisəyə çevrildi. Azərbaycanda yaşayan müxtəlif xalqların və dünya xalqlarının dillərində nəşr olunan kitab multikultural əhəmiyyətinə görə, xüsusi fərqlənir. Ardından daha böyük hadisə baş verdi: Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-ci il Azərbaycanda Multikulturalizm ili elan edildi.

Multikulturalizm ilinin ilk ayı və ikinci on günlüyü. Əlimizdə 25 kitab var - möhtəşəm xalq dastanının 12 boyundan birinin - Basatın Təpəgözü öldürdüyü boyun 25 dildə tərcüməsi. Dövlət müşaviri Kamal Abdullayevin təşəbbüsü ilə kitabın bölgə rəsmilərinə və əhaliyə hədiyyə olunması tapşırığını alırıq. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Nurlan Məmmədzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun iki əməkdaşı - Tural Şahbazov və bu yazının müəllifi yanvarın 12-dən regionlara səfərə başlayırıq. Marşrutumuz: Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Kürdəmir, Ağdaş, Ucar, Göyçay, Yevlax, Mingəçevir, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Goranboy, Zaqatala, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ. Marşrutu bir xətt boyunca cızmaq obyektiv səbəblərdən alınmırdı. Qazaxdan Balakənə qayıtmaq, İsmayıllıdan Ağsuya yol almaq kəsişən xətlər boyunca hərəkət etməkdir. İlk baxışdan belə hərəkət yorğunluq yaradır.

Səmimiyyətimizə inanın, biz yorulmadıq, əksinə, zövq yaşadıq... Multikulturalizm ilində mənəviyyat dastanı ətrafında maarifləndirmə yolu tutaraq missionerlik etmək hər kəsə nəsib olan xoşbəxtlik deyil.

Əvvəlcə şəhər və rayonların icra başçıları, müavinləri ilə görüşdük. Onlara kitab barəsində geniş məlumat verdik. Rayonların qəsəbə-kəndlərində, təhsil müəssisələrində nəşrin təqdimat və təbliğatının keçirilməsinin vacibliyi ətrafında danışdıq. Söz sözə dəstək oldu. Olduğumuz bütün rayonların rəhbərləri 25 dildə nəşr olunan "Kitabi-Dədə Qorqud". Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabının Multikultiralizm ilində birgəyaşayış mədəniyyətimizin təbliğatı istiqamətində dəyərli istinad olduğunu vurğuladılar, bu istinada söykənərək geniş tədbirlər keçirəcəklərini bildirdilər.

Bilik Fondunun nümayəndələri olan məktəb direktorlarının rəhbərlik etdikləri təhsil ocaqlarında da olduq. Şamaxı rayonu Kamil Nəbiyev adına Məlhəm kənd tam orta məktəbində tat kökənli şagirdlərlə görüşümüz, İsmayıllı rayonu Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbində malakan məktəblilərlə ünsiyyətimiz uzun zaman yaddaşımzda qalacaq təəssüratlar yaratdı. Mingəçevir Texniki Hümanitar liseyinin şagirdləri isə artıq bir neçə dəfə qorqudşünaslığa töhvə verəcək layihələrin fəal iştirakçıları olublar.

Qardaşlaşmış məktəblərə hədiyyə etdiyimiz 25 dilə çevrilmiş kitabın təqdimatı zamanı məlum oldu ki, şagirdlər Fridrix fon Ditsi, Dədə Qorqudu, Basatı, Təpəgözü, Bəkili, Qazan xanı kifayət qədər yaxşı tanıyırlar. Onların "Kitabi-Dədə Qorqud" qəhrəmanları barədə səsləndirdikləri fikirləri dinləmək qürurverici idi.

Qəbələnin Niç kəndində, Zaqatalanın Əliabad qəsəbəsi və Car kəndində udi, ingiloy, avar məktəbliləri ilə görüşlərimizin təəssüratı bizdə inşa müsabiqəsi ideyası yaratdı. Ümumilikdə, 14 məktəbdə olduq. Birlikdə belə qərara gəldik ki, 25 xalqın dilində nəşr olunan Alman türkoloqu Henrix Fridrix fon Ditsin 1815-ci ildə ilk dəfə dünya elminə təqdim etdiyi "Kitabi-Dədə Qorqud". Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabı ilə bağlı məlumatlar əsasında şagirdlər inşa yazaraq, Bilik Fonduna təqdim etsinlər. Bilik Fondu da münsiflər heyəti yaradaraq, müsabiqədə qalib olan məktəbliləri mükafatlandırsın. Bu da multikulturalizm ilinə məktəblilərin verdiyi ilk töhvələrdən biri olar.

Ardı da olacaq, səfərimizin də, yazının da. Missiyamızı davam etdirəcəyik. Növbəti istiqamət şimal, cənub və aran bölgələridir. Azərbaycanlının həyat tərzi olan multikulturalizmin dəyərini mənəviyyat dastanımız "Kitabi-Dədə Qorqud" vasitəsi ilə insanlara aşılamaq gələcəyə xidmətdir. Gələcəksə sabahdır. Henrix Fridrix fon Ditsə, bütün Qorqud ellərinə dərin ehtiram və məhəbbətlə sabaha doğru yol almışıq.

Bitkoinin qiyməti kəskin şəkildə düşüb
Bitkoinin qiyməti kəskin şəkildə düşüb
Rəqəmsal ödəmələr nə üçün önəmlidir?
Rəqəmsal ödəmələr nə üçün önəmlidir?
Dünya Bankı Azərbaycanda kənd təsərrüfatı layihəsinin müddətini uzadıb
Dünya Bankı Azərbaycanda kənd təsərrüfatı layihəsinin müddətini uzadıb
Loading Bars
Xəbər lenti
İbrahimoviç İsveç yığmasına qayıda bilər
S-500 HHM sistemləri 2021-ci ildə hazır olacaq
Dünya Bankı koronavirusla mübarizə üçün Ukraynaya 100 milyon dollar ayıracaq
İtailyada koronavirusa yoluxanların sayı 1,5 milyonu ötüb
Kanadada atışma baş verib, ölən və yaralananlar var
Moskvada koronavirusdan daha 77 nəfər ölüb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 577 mindən çox artıb
Paris qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır - XİN
UEFA Avropa Liqası: "Qarabağ" qrup mərhələsində növbəti matçını keçirib
Türkiyədə koronavirusdan sağalanların sayı 388 mini keçib
Bitkoinin qiyməti kəskin şəkildə düşüb
"Euronews" erməni işğalından azad edilmiş Ağdamdan süjet hazırlayıb (VİDEO)
Ermənistanda rusiyalı hərbçinin meyiti tapılıb
"Belavia" Bakıdan Minskə uçuşları bərpa edir
Çavuşoğlu və Stoltenberq Dağlıq Qarabağı müzakirə ediblər
Sağlamlıq imkanları məhdud şəxslər həmyaşıdları ilə birlikdə oxuyacaqlar - Deputat
Azərbaycan gimnastları Kiyevdə Avropa Çempionatının finalına çıxıb
“ADY Express” Astara terminalında aşırılan yükün həcmini artırıb
Rəqəmsal ödəmələr nə üçün önəmlidir?
Mingəçevir Dövlət Universitetində tədris prosesi uğurla davam etdirilir
Fransa senatının qətnaməsi qərəzlidir - Deputat
Dünya Bankı Azərbaycanda kənd təsərrüfatı layihəsinin müddətini uzadıb
Mətbuat Şurası Fransanın kütləvi informasiya vasitələrinə müraciət edib
Baş Prokurorluğun "Facebook" səhifəsi rəsmi olaraq mavi nişan ilə təsdiqlənib
Koronavirusla bağlı aparılan testlərin bitməsi barədə məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Azərbaycan Fransaya nota verib
Müasir həllərin inteqrasiyası onlayn satışların artmasına yol açıb
Aİİ-də Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş respublika elmi konfransı panellərlə davam edib (FOTO)
Kəlbəcərin danışıqlar masasında geri qayıtarılması diplomatik qələbənin də bizimlə olduğunu göstərir - Deputat
Üç “hər şey” siyasəti və ya Ermənistanın “yandırılmış torpaq” taktikası (FOTO)
Rusiya Müsəlmanlarının Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri Prezident İlham Əliyevi təbrik edib
Daha 3 şirkət Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti olub
Ermənistan parlamentində dava (VİDEO)
20 obyektdə epidemiya əleyhinə rejim pozulub - Nazirlik
Maliyyə Nazirliyi 170 min manatdan çox məbləğdə müqavilə imzalayıb
Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
iPhone 12 Pro Max və iPhone 12 Mini Azercell Eksklüziv mağazalarında!
Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə COMCEC-in 36-cı sessiyasının açılış mərasimi olub (FOTO)
Koreya səfirliyi məcburi köçkünlərə dəstək tədbirlərini genişləndirəcək (FOTO)
AzTU-nun 70 illiyinə həsr olunan konfrans keçirilib (FOTO)
Noyabrın 27-də manatın dollara qarşı məzənnəsi
Aminin qaytarılması ilə bağlı yayılan məlumatlar yalandır - Əsir əsgərin qohumu
Azərbaycanda 3705 nəfər COVID-19-a yoluxub, 1609 nəfər sağalıb, 32 nəfər vəfat edib
Bu qətnamənin qəbulu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addımdır - Vüqar Rəhimzadə
Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransadan daha yüksəkdir - ISESCO-nun sabiq baş direktoru
Naxçıvanın xarici ticarət dövriyyəsi artıb
Qarabağdakı xristian abidələri qədim Azərbaycan-Albaniya mirasıdır - Yaqub Mahmudov
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağı diplomatik hədəfinə nail olmağı bacardı - Deputat
İtaliyanın bir sıra bələdiyyələri Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənədlər qəbul edib
MDB PA-nın 3 daimi komissiyasının videokonfrans formatında iclasları keçirilib
Ermənistanda iqtisadi və siyasi böhran göz qabağındadır - Armen Sarkisyan
PAŞA Bankdan kiçik və orta biznes sahibləri üçün “Black Friday” endirimləri!
Bərpa olunan enerji ilə bağlı pilot layihələrin həyata keçirilməsi üzrə Komissiyanın dördüncü iclası keçirilib (FOTO)
Noyabr ayı üzrə ünvanlı sosial yardımlar ödənildi
Fransa senatının qəbul etdiyi qətnamə ləğv edilməlidir - QHT sədri
Aİİ-də akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş respublika elmi konfransı öz işinə başlayıb (FOTO)
Türkiyənin axtarışa verdiyi şəxs Azərbaycanda həbs edildi
Fransa Senatının qətnaməsi bu ölkənin vasitəçi mandatını tabuta qoydu
İsmayıllıda koronavirus xəstəsi barədə cinayət işi başlanıb
Ceyhun Bayramov və Səudiyyə Ərəbistanının xarici işlər naziri telefonla danışıblar
Fransada bir qrup siyasi avantürist ölkənin xarici siyasətini erməni maraqlarının girovuna çevirib - Deputat
Ceyhun Bayramov indoneziyalı həmkarı ilə telefonla danışıb
Fransa tənzimləmənin deyil, problemin bir parçasıdır - Hulusi Akar
Fransa senatının bu addımı Azərbaycana və beynəlxalq hüquqa hörmətsizlikdir - QHT sədri
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Səfərbərlik üzrə hərbi xidmətə çağırılan tələbələrə nə vaxtadək məzuniyyət veriləcək? - Nazirlik açıqladı
Fransa Senatının qərəzli addımı siyasi təxribatdır - Siyavuş Novruzov
Ceyhun Bayramovla Əfqanıstanın xarici işlər naziri arasında telefon danışığı olub
Rabitə Nazirliyi startapları maliyyələşdirməyə hazırdır
Azərbaycan yolların keyfiyyətinə görə 141 ölkə arasında 24-cü yerdə qərarlaşıb
Üç rayonda şəhid ailələri və müharibə əlillərinə mənzil və fərdi evlər verilib (FOTO)
İranda koronavirusa yoluxanların sayı 900 min nəfəri keçib
Abşeronda ekoloji problemlərin həlli istiqamətində hansı işlər görülməlidir? - Nazirlik rəsmisindən açıqlama
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
DİN koronavirusla bağlı vətəndaşlara xəbərdarlıq etdi
Elə təəssürat yaranır ki, 12 ballıq zəlzələ olub - “Associated Press” Ağdamdan yazdı
AQTA ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarların maarifləndirilməsini davam etdirir (VİDEO)
İsveçrə bərpa olunan enerji sahəsində Azərbaycanla əməkdaşlıqda potensial görür - Dövlət Katibliyi
“Əminəm ki, belə çətin günlərdə müştərilərə dəstək olmağımızın bəhrəsini yaxın gələcəkdə mütləq görəcəyik”: Dariuş Katsprşik, “AccessBank”ın Müşahidə Şurasının üzvü
KOBİA yanında İctimai Şuranın yeni tərkibi müəyyən olunub (FOTO)
Milli Məclisin Fransa Senatının qətnaməsi ilə bağlı etiraz bəyanatının tam mətni açıqlandı
“Ukrtransnafta” 138 min tona yaxın "Azeri Light" nefti nəql edib
Hostimul Black Friday kampaniyasına start verib
Vasitəçiyə inam yoxdursa, demək o artıq vasitəçi ola bilməz - Əli Əhmədov
Türkiyə və İran səfirləri Qarabağı müzakirə ediblər
Fransa Azərbaycanın etimadına layiq deyil - Fransalı senator
Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi Qarabağın iqtisadi inkişafına necə təsir edəcək? - Videoşərh
Erməni qoşunlarının bütün terror aktları Avropa ölkələri tərəfindən pislənməlidir - Piter Teys
Bu sənətin arxasınca getdiyim üçün heç vaxt peşman olmamışam - Usta ilə söhbət
Kabel televiziyası operatorları işğal olunmuş ərazilərdə şəbəkələri tam işə salmağa hazırdır
Fransa Senatının Ermənistanı müdafiə etməyə cəhd göstərməsi olduqca gülünc görsənir - Naqif Həmzəyev
Ombudsmanın Cəlilabad Regional Mərkəzi Uşaq Hüquqları Aylığı çərçivəsində onlayn tədbir keçirib
Bu dərsliklərin yenidən yazılması gündəmdədir - Təhsil Nazirliyi
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Fransadakı soydaşlarımız ölkə senatının üzvlərinə müraciət edib
Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib (FOTO)
Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə məqsədilə yeni layihənin icrasına başlanıb
Elşad Hacıyev yeni vəzifəyə təyin edildi
Hər bir insana potensial koronavirus daşıyıcısı kimi baxmalıyıq - TƏBİB
Fransa senatı demokratik dəyərlərə xəyanət edib - Türkiyə hökuməti
Bütün xəbərlər