...

Qorqud Ata Dövlət Qızılorda Universitetinin nümayəndə heyəti BDU-da (FOTO)

Cəmiyyət Materials 26 Yanvar 2016 17:13 (UTC +04:00)
Qazaxıstanın Qorqud Ata Dövlət Qızılorda Universitetinin nümayəndə heyəti Bakı Dövlət Universitetdə (BDU) olub.
Qorqud Ata Dövlət Qızılorda Universitetinin nümayəndə heyəti BDU-da (FOTO)

Bakı. Trend:

Qazaxıstanın Qorqud Ata Dövlət Qızılorda Universitetinin nümayəndə heyəti Bakı Dövlət Universitetdə (BDU) olub.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmov Qazaxıstan və Azərbaycan xalqlarının dostluq münasibətlərindən, universitetlərarası əməkdaşlıqdan, təhsil və elm sahəsində imzalanan müqavilələrin əhəmiyyətindən bəhs edib. Ötən il Qorqud Ata Dövlət Qızılorda Universiteti ilə imzalanan memorandumdan danışan rektor nümayəndə heyətinin səfərini əməkdaşlığın daha da genişləndirilməsi baxımından səmərəli hesab edib. Bakı Dövlət Universiteti ilə Qazaxıstanın digər ali təhsil ocaqları arasında münasibətlərə toxunan rektor, eyni zamanda bu yaxınlarda universitetdə Qazax xanlığının 550 və Abay Kunanbayevin 170 illik yubileyinin qeyd olunduğunu, 3 günlük beynəlxalq konfrans keçirildiyini qeyd edib.

BDU-da olmaqdan məmnunluqlarını bildirən Qorqud Ata Dövlət Qızılorda Universitetinin humanitar və pedaqoji fakültəsinin dekanı, professor Bakıtxan Abdulkərimov deyib ki, səfərdə əsas məqsəd universitetlərarası əməkdaşlığın daha da genişlənməsi və inkişafına təkan olmaq, tələbələrin mübadiləsini və tədris proresinin problemləri müzakirə etməkdir.

Sonda qonaqlar universitetin Tədris Elektron, İnformasiya Texnologiyaları və Abay Mərkəzində, elmi tədqiqat və tədris laboratoriyalarında, muzeylərində olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti