...

"Karabağ hikayeleri" İzmirdə böyük maraqla qarşılandı (FOTO)

Cəmiyyət Materials 24 Fevral 2016 16:12 (UTC +04:00)
İzmirdə Azərbaycanın millət vəkili Qənirə Paşayeva və araşdırmaçı-yazar İmdat Avşarın hazırlayıb tərtib etdikləri “Karabağ hikayeleri” kitabının Türkiyə türkcəsində təqdimatı və imzalanma mərasimi olub.
"Karabağ hikayeleri" İzmirdə böyük maraqla qarşılandı (FOTO)

Bakı. Trend:

İzmirdə Azərbaycanın millət vəkili Qənirə Paşayeva və araşdırmaçı-yazar İmdat Avşarın hazırlayıb tərtib etdikləri "Karabağ hikayeleri" kitabının Türkiyə türkcəsində təqdimatı və imzalanma mərasimi olub.

Trend-in məlumatına görə, İzmir Qardaşlıq və İşbirliyi Dərnəyinin təşkil etdiyi təqdimat və imzalanma mərasimində iştirak edən valilik, bələdiyyə rəsmiləri, universitet müəllimləri, ziyalılar və gənclər kitabın əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər. Türkiyə KİV nümayəndələrinin də geniş iştirak etdiyi tədbirlərdə Q.Paşayeva kitabda əsas məqsədin Türkiyədə və Türkiyədən kənarda fəaliyyət göstərən türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermək olduğunu bildirib.

Beynəlxalq təşkilatların ikili standartlarından, ədalətsizliklərindən danışan millət vəkili çox təəssüf ki, BMT Təhlükəsizlik Şurası, AŞ PA və digər beynəlxalq təşkilatların özlərinin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi istiqamətində Ermənistana heç bir təzyiq göstərmədiklərini deyib: "Qarabağ problemi harada doğulub harada yaşamasından asılı olmayaraq, hər bir türk insanının problemidir".

Q.Paşayeva türk gənclərini Qarabağ həqiqətlərini daha geniş öyrənməyə çağırıb və dünyanın hər yerində yaşayan insanlarımızın bu həqiqətlərin dünyaya daha geniş yayılmasında fəallıqlarının artmasının vacibliyini vurğulayıb. Kitabda yer alan bir-birindən dəyərli hekayələrin, Azərbaycanın haqq səsinin öncə qardaş Türkiyədə və Türk dünyasında, sonra da bütün dünyada yayılacağına ümid ediklərini deyən millət vəkili tanıtım və imzalanma mərasiminə qatılanların Qarabağ mövzusu ilə bağlı suallarını da cavablandırıb.

Qeyd edək ki, "Karabağ hikayeleri" kitabı iyirminci yüzildə tarixin ən qanlı, ən ağır soyqırımına, qətliamına məruz qalan, minillik ata yurdlarından didərgin salınan Azərbaycan türklərinin ağrı-acılarını əks etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti