...

Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasına hazırlıq müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 1 Mart 2016 11:33 (UTC +04:00)
Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının hazırlıq işləriylə əlaqədar Təşkilat Komitəsi mötəbər yarışın keçiriləcəyi Crystal Hall-da olub.
Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasına hazırlıq müzakirə olunub (FOTO)

Bakı. Trend:

Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının hazırlıq işləriylə əlaqədar Təşkilat Komitəsi mötəbər yarışın keçiriləcəyi Crystal Hall-da olub.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini, Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, Gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov, eləcə də AŞF-nin vitse-prezidenti Faiq Həsənovun iştirak etdiyi görüşdə mötəbər yarışın təşkilatçılığıyla bağlı müzakirələr aparılıb.

Təşkilat Komitəsi sentyabrda Bakı Şahmat Olimpiadasının keçiriləcəyi Crystall Hall-da olarkən yarış zalının tərtibatı, media mərkəzinin yerləşəcəyi məkan, olimpiada vaxtı arenada təhlükəsizlik tədbirləri və digər vacib məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin olimpiada vaxtı tamaşaçıların arenaya rahat daxil olmasını təmin etmək məqsədiylə könüllülərin xidmətindən istifadə olunacağı vurğulanıb.

Qeyd edək ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış "Crystal Hall"da keçiriləcək.

Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq. Bakı Şahmat Olimpiadasında 180-ə yaxın ölkədən, 2500-ə yaxın şahmatçı, məşqçi və rəsmi şəxslərin iştirakı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti