...

"Publika" ilk yubiley yaşına yaxınlaşır

Cəmiyyət Materials 1 Mart 2016 17:07 (UTC +04:00)
Bu gün “Gündəlik Teleqraf” qəzeti və "Publika.az" xəbər portalının 4 yaşı tamam olur.
"Publika" ilk yubiley yaşına yaxınlaşır

Bakı. Trend:

Bu gün "Gündəlik Teleqraf" qəzeti və "Publika.az" xəbər portalının 4 yaşı tamam olur.

"Gündəlik Teleqraf" və Publika.az 2012-ci il martın 1-də təsis edilib, qəzet həftədə 5 dəfə oxuculara dolğun və vacib xəbərlər çatdırır. 4 il müddət ərzində hər iki media qurumu Azərbaycanın ən çox oxunan və tanınmış media orqanları sırasına daxil olub. Ölkənin məlumat, informasiya aləmində daim dəqiq və obyektivliyi ilə seçilən "Gündəlik Teleqraf" və Publika.az həmçinin peşəkar kollektivi ilə seçilən media qurumlarındandır.

Trend ailəsi də "Gündəlik Teleqraf" qəzeti və Publika.az saytını 4 yaşı münasibətilə təbrik edir, həmkarlarına işlərində uğurlar arzulayır. Qələminiz iti, sözünüz kəsərli olsun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti