...

Narkotacirə 7 il cəza verildi

Cəmiyyət Materials 2 Mart 2016 17:15 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində təqsirləndirilərək həbs olunan Bəylər Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Narkotacirə 7 il cəza verildi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində təqsirləndirilərək həbs olunan Bəylər Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, prosesdə məhkəmə istintaqı yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə B.Tağıyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Qaradağ rayon 38-ci Polis bölməsi əməkdaşlarının ötən ilin oktyabr ayında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Daşkəsən rayon sakini B.Tağıyev şübhəli şəxs qismində saxlanılaraq ondan sellofan torbaya bükülmüş, ümumi çəkisi 2 kq 585 qram narkotik maddə olan marixuana aşkar olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti