Bakı. Trend:
Aprelin 13-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.
Trend-in məlumatına görə, qəzetin yeni sayında oxucular İtaliya şirkətlərinin Azərbaycan bazarına marağı, zərif kəlağayı, Səudiyyə Ərəbistanının neft istehsalını dondurmaq planları, İsveçrə və İndoneziyanın Azərbaycanlı turistlərə olan marağı haqqında və digər məqalələrlə tanış ola bilərlər.
"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.
Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.