...

Bakının yeni istirahət məkanı (FOTO)

Cəmiyyət Materials 20 Aprel 2016 17:19 (UTC +04:00)
Bakının Nəsimi rayonunun Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsindəki ərazidə yeni park salınıb.
Bakının yeni istirahət məkanı (FOTO)

Bakı. Trend:

Bakının Nəsimi rayonunun Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsindəki ərazidə yeni park salınıb.

Ümumi ərazisi 10 min kvadratmetrə qədər olan yeni parkın salınmasında yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilib. Parkın 5 min kvadratmetr ərazisində yaşıllıq zolağı salınıb, çoxlu sayda şam, zeytun və çinar ağacları əkilib. Parkda, həmçinin müasir standartlara uyğun işıqlandırma sistemi quraşdırılıb.

İstirahət guşəsində müasir iaşə obyektləri də inşa edilib.

Bir sözlə, parkda istirahət üçün hər cür şərait yaradılıb.

Trend istirahət parkından fotoları təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti