...

Azərbaycan səfirliyi İtaliya ictimaiyyətini Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatlandırmaqda davam edir

Cəmiyyət Materials 21 Aprel 2016 23:21 (UTC +04:00)
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü və son günlərdə cəbhə xəttində Ermənistanın təxribatları nəticəsində yaranmış gərginliklə bağlı həqiqətlərin İtaliya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycanın İtaliyadakı Səfirliyi tərəfindən işlər davam etdirilir.
Azərbaycan səfirliyi İtaliya ictimaiyyətini Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatlandırmaqda davam edir

Bakı. Trend:

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü və son günlərdə cəbhə xəttində Ermənistanın təxribatları nəticəsində yaranmış gərginliklə bağlı həqiqətlərin İtaliya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycanın İtaliyadakı Səfirliyi tərəfindən işlər davam etdirilir.

Bu xüsusda, cari il 21 aprel tarixində səfir M.Əhmədzadə "SkyTG24" kanalının jurnalisti xanım Monika Peruzziyə müsahibə vermişdir. Müsahibə həmin gün kanalın xəbərlər proqramında gün ərzində bir neçə dəfə yayımlanmışdır. Müsahibədə səfir M.Əhmədzadə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, doğurduğu ağır nəticələr, həyata keçirdiyi etnik təmizləmə siyasəti və münaqişənin həllinə dair ölkəmizin mövqeyi barədə məlumat vermişdir. Müsahibə zamanı təmas xəttindəki son gərginlik vaxtı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisi və obyektlərinə vurulmuş ziyanı əks etdirən kadrlar nümayiş etdirilmişdir.

Habelə Ermənistanın İtaliyadakı səfiri Sarkis Qazaryanın İtaliyanın "Libero" qəzetində münaqişə və təmas xəttində son vəziyyətlə bağlı yalan məlumatlara əsaslanan müsahibəsinə cavab olaraq həmin qəzetin 16 aprel tarixli çap versiyasında səfir M.Əhmədzadənin "Həqiqi cinayətləri ermənilər törədir" adlı məktubu bəzi ixtisarlarla dərc olunmuşdur. Yazıda M.Əhmədzadə erməni səfirinin yalan məlumatlarını ifşa edərək münaqişə və təmas xəttindəki son vəziyyətlə əlaqədar həqiqətlər haqda məlumat vermiş, habelə Azərbaycanın multikulturalizm modeli, bunun beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsi, bu xüsusda 25-27 aprel tarixlərində Azərbaycanın BMT Sivilizasiyalarası Alyansı Qlobal Forumuna ev sahibliyi edəcəyi barədə məlumat vermişdir.

M.Əhmədzadə bildirmişdir ki, yaxşı olardı ki, erməni səfiri nə səbəbdən münaqişə vaxtı azərbaycanlı mülki əhaliyə qarşı vəhşiliklər törətmiş Ermənistan silahlı qüvvələrinin tərkibində ASALA erməni terrorçu təşkilatının üzvlərinin vuruşduğuna, eyni zamanda Ermənistanın 20 ildən artıq Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış əraziləri olan Dağlıq Qarabağ və 7 ətraf rayonunu işğal altında saxladığına və bu ərazilərdən bütün azərbaycanlı əhalini didərgin saldığına aydınlıq gətirsin.

Aidiyyəti mövzuda Səfirliyin yaydığı mətbuat açıqlaması 21 aprel tarixində İtaliyanın "Il Primato Nazionale" analitik-informasiya portalında da yerləşdirilmişdir (http://www.ilprimatonazionale.it/esteri/la-voce-dellambasciata-dellazerbaijan-43805/).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti