...

“Rəqəmli televiziya və radio yayımı tarifləri” təsdiq edildi

Cəmiyyət Materials 14 May 2016 10:00 (UTC +04:00)
Nazirlər Kabineti “Rəqəmli televiziya və radio yayımı tarifləri”ni təsdiq edib.
“Rəqəmli televiziya və radio yayımı tarifləri” təsdiq edildi

Bakı. Trend:

Nazirlər Kabineti "Rəqəmli televiziya və radio yayımı tarifləri"ni təsdiq edib. Trend-ə Nazirlər Kabinetindən verilən məlumata görə, təsdiq edilmiş tariflərə radiotezliklərdən istifadə üzrə illik istismar haqları da daxildir.

Təsdiq edilmiş tariflər aşağıdakı kimi müəyyən edilib:

1 Mbit/saniyə üzrə bir televiziya və ya radio proqramının 1 saat yayımı üçün (ƏDV daxil olmaqla) tarif 50 Vt-a qədər, 50 Vt daxil olmaqla 0,38 manat, 50 Vt-dan -300 Vt-a qədər, 300 Vt daxil olmaqla 0,65 manat, 300 Vt-dan -1200 Vt-a qədər, 1200 Vt daxil olmaqla 0,88 manat, 1200 Vt-dan 3000 Vt-a qədər, 3000 Vt daxil olmaqla 1,06 manat, 3000 Vt-dan yuxarı 1,16 manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti