...

İcra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinə yeni səlahiyyət verilir

Cəmiyyət Materials 8 İyun 2016 17:47 (UTC +04:00)
Azərbaycanda müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri sahəsi 5 hektardan çox olmayan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə və istifadəyə verilməsi ilə bağlı müqavilələri və etibarnamələri təsdiq edəcəklər.
İcra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinə yeni səlahiyyət verilir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri sahəsi 5 hektardan çox olmayan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə və istifadəyə verilməsi ilə bağlı müqavilələri və etibarnamələri təsdiq edəcəklər.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı "Notariat haqqında" qanuna dəyişikliyin edilməsi təklif edilir.

Yeni dəyişikliklərə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri sahəsi 5 hektardan çox təşkil etməyən xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsi barədə müqavilələri, habelə həmin torpaq sahələrinin 2 ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsinə dair etibarnamələri təsdiq edəcəklər.

Qeyd edək ki, bəzi inzibati ərazi vahidlərinin kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə yaxın notariat kontorlarının olmaması səbəbindən həmin yerlərdə yaşayan sakinlər məşğul olduqları kənd təsərrüfatı fəaliyyəti və torpaq sahələri ilə bağlı bır sıra notarial xidmətlərdən istifadə edə bilmirlər. Yeni dəyişikliklərin edilməsində də məqsəd sakinlərin həmin xidmətlərdən istifadə edə bilməsi üçün şəraitin yaradılmasıdır.

Xatırladaq ki, sözügedən qanun layihələri Milli Məclisin iyunun 14-də keçiriləcək iclasında müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti