Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft və Qaz İnstitutuna direktor seçilib.
Akademiyadan Trend-ə verilən məlumata görə, AMEA-nın elmi tədqiqat müəssisələrində direktor vəzifəsini tutmaq üçün səsvermə yolu ilə bölmənin Neft və Qaz İnstitutunun direktoru vəzifəsinə seçki keçirilib.
Gizli səsvermənin nəticələrinə görə, Neft və Qaz İnstitutunun direktoru vəzifəsinə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev seçilib.