...

Azərbaycanda narkomanların sayı açıqlandı (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 23 İyun 2016 15:55 (UTC +04:00)
Hazırda Azərbaycanda qeydiyyatda olan narkomanların sayı 28 555 nəfər təşkil edir.
Azərbaycanda narkomanların sayı açıqlandı (ƏLAVƏ OLUNUB)

Bakı. Elçin Mehdiyev - Trend:

Hazırda Azərbaycanda qeydiyyatda olan narkomanların sayı 28 555 nəfər təşkil edir.

Trend-in məlumatına görə, bunu bu gün Gənclər və İdman Nazirliyinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər Fondu ilə birgə 26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar keçirdiyi “Narkomaniya ilə mübarizədə gənclər təşkilatlarının rolu” mövzusunda konfransda Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənov söyləyib.

Onun sözlərinə görə, həmin narkomanlardan 592-ni qadınlar təşkil edir.

Mərkəzin direktoru bildirib ki, yalnız 2015-ci ildə ümumi qeydiyyata görürülən narkomanların sayı 2017 nəfər təşkil edib.

O qeyd edib ki, 2015-ci ildə könüllü olaraq müalicə olunmaq üçün Mərkəzə 2833 nəfər müraciət edib.

T.Məmmədhəsənov bildirib ki, narkomaniya sağalması çox çətin olan xəstəlikdir. Bunun qarşısını almaq üçün profilaktik tədbirlərin görülməsi vacib əhəmiyyət kəsb edir.

O əlavə edib ki, təkcə 2015-ci ildə Respublika Narkoloji Mərkəzində sərxoşluğun bütün növlərinin təyin edilməsi üçün 30 655 nəfər müayinədən keçirilib.

Mərkəz direktorunun sözlərinə görə, Nazirlər Kabinetinin 2016-cı ildə narkomaniyanın profilaktikası məqsədilə təsdiq etdiyi “Narkomanlığa düçar olmuş şəxslərin müalicəsində istifadə edilən əvəzedici müalicə proqramının tətbiqi şərtləri və qaydaları” proqramı çərçivəsində 424 xəstə müalicə olunub və şəfa tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti