...

Ölkə daxilində qrup halında səyahət etmək istəyənlərin sayı artıb

Cəmiyyət Materials 25 İyul 2016 14:26 (UTC +04:00)
Azərbaycanda ölkə daxilində qrup halında səyahət etmək istəyənlərin sayı artıb.
Ölkə daxilində qrup halında səyahət etmək istəyənlərin sayı artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda ölkə daxilində qrup halında səyahət etmək istəyənlərin sayı artıb.

Trend-in Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən verdiyi xəbərə görə, Azərbaycanda turoperator və səyahət agentlikləri tərəfindən ötən il qrup halında səfərlər üçün 3 739 turizm yollayışı satılıb. Bu rəqəm 2012 (7134) və 2013-cü illə (5980) müqayisədə az olsa da, 2014-cü ilə (3066) nisbətən çoxdur.

2014-cü ildə ölkə daxilində qrup halında səyahət etmək üçün Azərbaycan vətəndaşlarına 894, 2015-ci ildə isə 1847 turizm yollayışı satılıb.

Ölkədən kənarda səyahət etmək üçün Azərbaycan vətəndaşlarına satılan turizm yollayışlarının sayı azalıb. Belə ki, 2014-cü ildə bu məqsədlə 1968, 2015-ci ildə isə 1738 turizm yollayışı satılıb.

Azərbaycanda elektron vizanın verilməsi müddəti daha da azaldılıb: vizalar 3 günə veriləcək

Azərbaycanda elektron vizanın verilməsi müddəti daha da azaldılıb: vizalar 3 günə veriləcək

Eyni hal Azərbaycan ərazisində səyahət etmək istəyən xarici ölkə vətəndaşları ilə də bağlı olub.

Azərbaycan ərazisində səyahət etmək istəyən xarici ölkə vətəndaşlarına turizm yollayışlarının ən çox satıldığı il 2012-ci il olub.

Həmin il xarici ölkə vətəndaşlarına 3306, 2013-cü ildə 1956, 2014-cü ildə 204, 2015-ci ildə isə 154 turizm yollayışı satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti