...

Bu il Respublika Klinik Xəstəxanasına 13140 xəstə daxil olub

Cəmiyyət Materials 4 Avqust 2016 13:41 (UTC +04:00)
2015-ci ildə Respublika Klinik Xəstəxanasına 14912, 2016-cı ildə isə 13140 xəstə daxil olub.
Bu il Respublika Klinik Xəstəxanasına 13140 xəstə daxil olub

Bakı. Samir Əli - Trend:

2015-ci ildə Respublika Klinik Xəstəxanasına 14912, 2016-cı ildə isə 13140 xəstə daxil olub.

Trend-in məlumatına görə, bu barədə bu gün Akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasında müəssisənin fəaliyyətinə həsr edilmiş tədbirdə məlumat verilib. Bildirilib ki, səhiyyə müəssisəsi ən müasir avadanlıqlarla təchiz edilib.

Xəstəxana ultrasəs müayinə aparatları, kompüter tomoqrafiya, maqnit rezonans, müasir rentgen aparatları, yeni doğulmuşlar üçün CPAP aparatları, süni böyrək aparatları və s. müasir avadanlıqlarla təchiz edilib.

Tibb müəssisəsində xəstələr bir sıra dövlət proqramları, o cümlədən dağınıq skleroz, hemofiliya üzrə dövlət proqramları çərçivəsində müayinə edilir, müalicə alır və zəruri dərman vasitələri ilə təchiz edilirlər. Respublika Klinik Xəstəxanasında 1690 hemofiliyalı xəstə və 490 dağınıq skleroz xəstəsi dövlət proqramı əsasında müalicə edilir və dərmanlarla təhciz olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti