...

Deputat: Statistikaya baxanda, elə bilirsən, sanki yollarda müharibə gedir

Cəmiyyət Materials 15 Avqust 2016 12:50 (UTC +04:00)
Azərbaycanda yol qəzalarında ölənlərin statistikasına baxanda elə bilirsən ki, sanki yollarda müharibə gedir.
Deputat: Statistikaya baxanda, elə bilirsən, sanki yollarda müharibə gedir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda yol qəzalarında ölənlərin statistikasına baxanda elə bilirsən ki, sanki yollarda müharibə gedir. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Rəfael Cəbrayılov Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin yol hərəkətinin təhlükəsizliyi ilə bağlı keçirdiyi tədbirdə deyib.

R.Cəbrayılov bildirib ki, son bir neçə ildə Azərbaycanda hər il yol qəzalarında 1200-ə qədər insan ölüb: “Heç Qarabağda aktiv döyüşlər gedəndə bu qədər adam ölmürdü”.

Deputat qeyd edib ki, Azərbaycanda yol qəzalarında ölənlərin faizi həddən artıq yüksəkdir: “İsveçdə yol qəzalarında ölüm halı 2 faiz, Avstriyada 2.5 faiz, Avropada 4.2 faiz, Azərbaycanda 33-36 faizdir. Yəni Azərbaycanda hər 100 avtomobil qəzasında 33-36 nəfər ölür. Dünyada yol qəzalarında baş verən ölüm halları ilə müqayisədə Azərbaycanda baş verən ölüm hallarının faizi həddən artıq yüksəkdir”.

R.Cəbrayılov deyib ki, bunun qarşısını almaq üçün xeyli iş görülməlidir.

Deputatın fikrincə, bu istiqamətdə mətbuatın da üzərinə məsuliyyət düşür: “Mətbuat bütrün məsələləri obyektiv işıqlandırmalı, yollarla bağlı analitik materiallar dərc etməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti