...

"5 dəqiqəlik yolu 30-35 dəqiqəyə gedirik" (FOTO/VİDEO)

Cəmiyyət Materials 26 Avqust 2016 17:43 (UTC +04:00)
Şamaxıda sakinlər və sürücülər illərdir kələ-kötür yoldan, hərəkət zamanı havaya qalxan toz dumanından narahatdır.
"5 dəqiqəlik yolu 30-35 dəqiqəyə gedirik" (FOTO/VİDEO)

Şamaxıda sakinlər və sürücülər illərdir kələ-kötür yoldan, hərəkət zamanı havaya qalxan toz dumanından narahatdır. Söhbət Şamaxı-Göylər-Padarçöl avtomobil yolundan gedir.

Trend Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, yolda təmir tikinti işlərinə bir neçə il əvvəl başlansa da, hələ də başa çatlmayıb.

Şamaxı-Göylər- Padarçöl avtomobil yolunda təmir işlərinin dayanması bu yoldan gündəlik istifadə edən sərnişin və sürücülərin narazılığına səbəb olub.

Ümumi uzunluğu 54 km olan magistralın əksər yerlərində əsaslı təmir işləri görülsə də, təqribən 10 km-lik hissəsi bərbad vəziyyətdədir. Sakinlərin sözlərinə görə, qış aylarında bu yollar keçilməz olur.

Sözügedən magistral Bakı-Şamaxı-Yevlax yolu ilə Bakı-Qazax yolunu birləşdirən əsas yollardan biridir. Eyni zamanda bu yol tam istifadəyə verildikdən sonra şimal-qərb istiqamətindən gələn sürücülər, paytaxt Bakıya daxil olmadan cənub istiqamətinə hərəkət edə biləcəklər. Aidiyyatı qurumdan verilən məlumata görə, işlərin dayanması müvəqqəti xarakter daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti