...

İlyas Umaxanov: Azərbaycanda 10 illərdir referendum və seçkilər çox yüksək səviyyədə keçirilir (YENİLƏNİB)

Cəmiyyət Materials 26 Sentyabr 2016 09:26 (UTC +04:00)
Azərbaycanda referendumun və seçkilərin keçirilməsinin təşkili baxımından artıq 10 ildən çoxdur ki, hər şey çox yüksək səviyyədə hazırlanıb.
İlyas Umaxanov: Azərbaycanda 10 illərdir referendum və seçkilər çox yüksək səviyyədə keçirilir  (YENİLƏNİB)

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycanda referendum yüksək səviyyədə təşkil olunub.

Bunu Trend-ə MDB Parlamentlərarası Assambleyasının (PA) Müşahidə missiyasının rəhbəri İlyas Umaxanov deyib.

İ.Umaxanov qeyd edib ki, Azərbaycanda referendumun və seçkilərin keçirilməsinin təşkili baxımından hər şey artıq 10 illərdir çox yüksək səviyyədə hazırlanıb. Bunu müxtəlif beynəlxalq təşkilatların müşahidə missiyaları, beynəlxalq müşahidəçilər təsdiqləyirlər.

Onun sözlərinə görə, bu, hamı tərəfindən qəbul edilmiş faktdır: "Bu, referenduma daxil edilən məzmunlu məsələlərdir. Bu məsələlər Azərbaycanın gələcəyini, demokratik inkişafını, cəmiyyətin demokratik əsaslarını müəyyənləşdirir.

İ.Umaxanov qeyd edib ki, heç kəs Azərbaycan xalqının fikrini dəyişmək haqqına malik deyil.

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti