...

Roma Papası: Azərbaycan təkmillətli, təkkonfessiyalı cəmiyyət deyil

Cəmiyyət Materials 2 Oktyabr 2016 15:37 (UTC +04:00)
Sadəcə iki şey vacibdir: heç vaxt Məryəm ananı yaddan çıxarmayın, qorxmayın, irəli gedin!".
Roma Papası: Azərbaycan təkmillətli, təkkonfessiyalı cəmiyyət deyil

Bakı. Elçin Mehdiyev - Trend:

"Bəlkə də kimsə fikirləşir ki, "Roma Papası uzaq bir yerdən bura gəlir, vaxt itirir. Ölkədə 600-700 nəfər imanlı yaşayır və bura gəlməsi üçün çox pul xərcləyir".

Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Roma Papası Fransisk Bakıdakı Katolik kilsəsində çıxışı zamanı deyib.

O qeyd edib ki, lakin Azərbaycan təkmillətli, təkkonfessiyalı cəmiyyət deyil: "Siz burada ingilis, rus, italyan, ispan, azərbaycan dillərində danışırsınız. Bəlkə də demək olar ki, siz burada yalnız kilsənin qırağında qalırsınız. Bu mənada Roma Papası Müqəddəs Ruha oxşamaq istəyir. O Ruh göydən balaca bir Yerusəlim şəhərinə endi. O cəmiyyət həmişə qorxurdu və fikirləşirdi ki, biz indi qıraqda qaldıq, heç kim bizə fikir vermir, bəziləri bizi təqib edirlər və ona görə qabağa getməyə qorxurlar. O otağın qapıları qorxuya və utandığına görə bağlı idi. Bir anda bu qapılar açıldı. İndi Roma Papası Müqəddəs Ruh kimi vaxt itirir. Sadəcə, iki şey çox vacibdir: heç vaxt Məryəm ananı unutmamaq, qorxmadan irəli getmək!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti