...

Roma Papası: Mən bu ölkəyə zəngin mədəniyyətinizə heyran olaraq gəlmişəm

Cəmiyyət Materials 2 Oktyabr 2016 17:06 (UTC +04:00)
Cənab Sədr, hörmətli hökumət və diplomatik korpusun üzvləri, xanımlar və cənablar, Azərbaycanda səfərdə olmaqdan şadam və məni görüşdüyümüz bu bina kimi yeni binalar sayəsində köklü şəkildə dəyişən bu şəhərdə, ölkənin paytaxtında, Xəzər dənizinin sahilində səmimi qəbul etdiyinizə görə Sizə təşəkkür edirəm.
Roma Papası: Mən bu ölkəyə zəngin mədəniyyətinizə heyran olaraq gəlmişəm

Bakı. Trend:

Azərbaycanda səfərdə olmaqdan şadam və məni görüşdüyümüz bu bina kimi yeni binalar sayəsində köklü şəkildə dəyişən bu şəhərdə, ölkənin paytaxtında, Xəzər dənizinin sahilində səmimi qəbul etdiyinizə görə Sizə təşəkkür edirəm.

Trend-in məlumatına görə, bunu Roma Papası Fransisk bu gün Heydər Əliyev Mərkəzində hökümət nümayəndələri, ictimai cəmiyyət və diplomatik korpus ilə görüşündə çıxışı zamanı deyib.

O qeyd edib: "Cənab Prezident, Azərbaycan xalqı və hökuməti adından mənə ünvanladığınız səmimi salamlara və ötən il hörmətli xanımınızla Vatikana səfərinizdən sonra cavab səfəri ilə Sizi ziyarət etmək imkanına görə xüsusilə təşəkkür edirəm. Mən bu ölkəyə tarix boyu bu torpaqlarda məskunlaşan bir çox xalqların töhfəsinin bəhrəsi olan mürəkkəb və zəngin mədəniyyətinizə tam heyran olaraq gəlmişəm. Onlar müasir cəmiyyəti səciyyələndirən və müasir Azərbaycan dövlətinin çiçəklənməsində əks olunan təcrübəyə, dəyərlərə və fərqləndirici əlamətlərə həyat veriblər. Oktyabrın 18-də Azərbaycanda müstəqilliyin iyirmi beş illiyi qeyd olunacaq. Bu hadisə bu onilliklərin, əldə edilmiş tərəqqi və ölkənin üzləşdiyi çətinliklərin nəticələrinə hərtərəfli yekun vurmaq imkanı verir. Bu günə qədər keçilən yol institutların möhkəmləndirilməsi və millətin iqtisadi və vətəndaş artımına kömək istiqamətində atılan əhəmiyyətli səyləri aydın göstərir".

Roma Papası bildirib ki, bu hamıya, xüsusilə də ən zəif olanlara qarşı daim diqqət tələb edən və multikulturalizmin üstünlüklərilə mədəniyyətlərin bir-birini tamamlamasının zəruriliyini qəbul edən cəmiyyətin sayəsində mümkün olan yoldur: "Bu da öz növbəsində vətəndaş cəmiyyətinin müxtəlif komponentləri və müxtəlif dini konfessiyaların tərəfdarları arasında qarşılıqlı əməkdaşlıq və hörmətə doğru aparır. Dövrümüzdə fərqlilikləri razılığa gətirmək üçün bu ümumi səy xüsusi önəm kəsb edir, çünki bu göstərir ki, başqa ideya və baxışları olan digər şəxslərin hüquqlarını pozmadan öz ideyalarının arxasınca getmək və dünyaya baxmaq olar".

Roma Papası Fransisk əlavə edib ki, autentik dini yolu olan hər bir etnik və ya ideoloji şəxsiyyət itaət və üstünlüyü legitimləşdirmək üçün onların əqidəsini, eyniliyini və ya Tanrının adını alətə çevirən münasibət və yanaşmaları istisna etməlidir: "Mən səmimi olaraq ümid edirəm ki, Azərbaycan müxtəlif mədəniyyətlər və dini konfessiyalar arasında əməkdaşlıq yolu ilə getməyə davam edə bilər. Qoy ölkənin ictimai və mülki həyatı üçün harmoniya və sülh şəraitində yaşamaq ədədi həyat qüvvəsi mənbəyi olsun, bütün qadın və kişilərə ümumi rifaha öz töhfələrini vermək imkanı təqdim etsin!"

Roma Papası sonra deyib ki, Azərbaycanda katolik, müsəlman, pravoslav və yəhudi icmaları arasında səmimi münasibətlər yaranıb və bu yaxşı münasibətlərin birlikdə dinc yaşamaq və bütün dünyada sülh üçün böyük əhəmiyyəti var. Bunlar göstərir ki, müxtəlif dini konfessiyaların ardıcılları arasında hamının rifahı naminə səmimi münasibətlər, hörmət və əməkdaşlıq mövcud ola bilər".

O ümid etdiyini bildirib ki, Azərbaycanda müxtəlif dini konfessiyalar arasında dostluq və əməkdaşlıq genişlənəcək: “Əsl dini dəyərlərə sadiqlik Tanrının müqəddəs adından zireh kimi istifadə edib öz baxışını digərlərinə zorla qəbul etdirmək cəhdi ilə tamamilə bir araya gəlmir. Əksinə, Tanrıya iman cəmiyyətlərin ümumi rifah axtarışında qarşılıqlı anlayış, hörmət və qarşılıqlı yardımın mənbəyi və şövqləndiricisi ola bilər. Qoy, Tanrı Azərbaycana harmoniya, sülh və çiçəklənmə ilə xeyir-dua versin”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti