...

Reklam qurğularınının hansı ərazilərdə yerləşdirilməsinə icazə verilməyəcək?

Cəmiyyət Materials 14 Dekabr 2016 16:50 (UTC +04:00)
Azərbaycanda reklam qurğularının yerləşdirilməsi ilə bağlı tələblər müəyyənləşdirilib.
Reklam qurğularınının hansı ərazilərdə yerləşdirilməsinə icazə verilməyəcək?

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda reklam qurğularının yerləşdirilməsi ilə bağlı tələblər müəyyənləşdirilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, yeni təsdiqlənən "Reklam qurğularına Texniki Tələblər"ə əsasən, açıq məkanda yerləşdirilən reklam qurğuları yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməli, yol iştirakçıları üçün təhlükə yaratmamalı, sürücülərin yol şəraitini qiymətləndirməsinə mane olmamalı və çətinləşdirməməli, yol hərəkəti nişanlarına və yazılarına bənzəməməlidir. Yol örtüyünün üzərində, yol hərəkəti nişanlarında, onların dirəklərində və digər tənzimləmə vasitələrində, yol qurğularında və müşahidə kameralarının görüntülərinə məhdudiyyət yarada biləcək yerlərdə reklamın yerləşdirilməsinə yol verilmir.

Yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılan, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissələrində reklam qurğularının yerləşdirilməsinə icazə verilmir. Eləcə də avtomobil yollarının atorpaq sahəsində qaçan sətirlə reklam yayımlayan qurğuların yerləşdirilməsi qadağandır. Reklam qurğusunun işıqlandırılması üçün istifadə edilən işıq qurğuları işıq şüalarının yolun hərəkət istiqamətinə düşməyəcəyi şəkildə quraşdırılmalıdır.

Dayanacaq meydançasında yerləşdirilən reklam qurğusu daxili işıqlandırmaya malik olmalıdır. O, küçələrin işıqlandırılması sisteminin fəaliyyətinə mane olmamalıdır.

Sutkanın qaranlıq vaxtlarında reklam qurğularının işıqlandırılması küçələrin işıqlandırılma qrafikinə uyğun olmalıdır.

Dayanacaq meydançalarında yerləşdirilən reklam qurğuları həftədə 2 dəfədən, kiçikölçülü reklam qurğuları ayda 2 dəfədən, ortaölçülü reklam qurğuları iki ayda 1 dəfədən, böyükölçülü reklam qurğuları isə ildə 2 dəfədən (mart-aprel və avqust-sentyabrda) az olmamaqla təmizlənməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti