...

Koreya səfirliyinin nümayəndələri məcburi köçkünlərlə görüşüblər (FOTO)

Cəmiyyət Materials 14 Dekabr 2016 17:03 (UTC +04:00)
Koreyanın Azərbaycandakı səfirliyi və səfirliyin Ticarət şöbəsi / Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi - KOTRA və "Dream Trading" MMC-nin nəzdində fəaliyyət göstərən "Dream Mart" dükanının dəstəyi ilə layihə həyata keçirilib.
Koreya səfirliyinin nümayəndələri məcburi köçkünlərlə görüşüblər (FOTO)

Bakı. Trend:

Bu gün Biləsuvarda məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlərə dəstək olmaq məqsədilə Koreyanın Azərbaycandakı səfirliyi və səfirliyin Ticarət şöbəsi / Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi - KOTRA və "Dream Trading" MMC-nin nəzdində fəaliyyət göstərən "Dream Mart" dükanının dəstəyi ilə layihə həyata keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, layihə Korporativ Sosial Məsuliyyət - CSR çərçivəsində həyata keçirilir. Dəstək məqsədi ilə bir sıra Koreya ərzaqları və spritsiz içkiləri Cəbrayıl rayon icra hakimiyyətinin nümayəndələrinə təqdim olunub. Həmçinin sözü qedən tədbir ərzində Cəbrayıl rayon icra başçısı Kamal Həsənovla bir sıra məsələlər də müzakirə olunub.

Qeyd edək ki, 2014-cü ildən etibarən Koreya səfirliyi və Azərbaycanda fəaliyyət göstərən Koreya şirkətləri Azərbaycanda məcburi köçkünlərə dəstək olmaq məqsədilə bir sıra layihələr həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti