...

İTV-nin yeni baş direktoru kim oldu? (YENİLƏNİB)

Cəmiyyət Materials 25 Aprel 2017 15:34 (UTC +04:00)
Cəmil Quliyev İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru seçilib.
İTV-nin yeni baş direktoru kim oldu? (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 08:04-də yayılıb)

Bakı. İlhamə İsabalayeva - Trend:

Cəmil Quliyev İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru seçilib.

X X X

08:04

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsinə yeni seçiləcək şəxs öz vəzifəsinin icrasına seçkilərin nəticəsi bəlli olduqdan sonra başlaya bilər.

Bunu Trend-ə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Muxtar İmanov deyib.

Onun sözlərinə görə, baş direktor İTV-nin Yayım Şurasının bu gün keçiriləcək iclasında seçiləcək. Baş direktor vəzifəsinə namizəd Yayım Şurasının 9 üzvü tərəfindən keçiriləcək gizli səsvermə yolu ilə müəyyən olunacaq. Seçkinin nəticəsi iclasda dərhal açıqlanacaq: "Nəticə bilindikdən sonra seçilən şəxs artıq qanuni olaraq, İTV-nin baş direktoru sayılacaq".

Qeyd edək ki, İTV-nin sonuncu baş direktoru Cəmil Quliyevdir. Onun səlahiyyət müddəti aprelin 23-də başa çatıb.

İTV-nin baş direktoru vəzifəsinə 5 iddiaçı var. Həmin şəxslər Paşazadə Tahir Ağalar oğlu, Quliyev Cəmil Elşad oğlu, Soltanov İltifat Hacıxanoğlu, Məmmədov Tahir Tais oğlu və Ağayeva Afaq Ağaibrahim qızıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti