...

Yeni “iPhone 8”in yekun dizaynı nümayiş olundu - Arxası şüşədən

Cəmiyyət Materials 18 May 2017 19:43 (UTC +04:00)
İnternetdə yeni “iPhone” maketlərinin görüntüləri yayılıb
Yeni “iPhone 8”in yekun dizaynı nümayiş olundu - Arxası şüşədən

Bakı. Trend

İnternetdə yeni “iPhone” maketlərinin görüntüləri yayılıb.

Trend-in məlumatına görə, “iPhone 8” telefonları məhz bu maketlər əsasında istehsal ediləcək.

Görüntülərə əsasən ehtimal olunur ki, yeni smartfonların arxa hissəsi şüşədən hazırlanacaq, ikili kamera isə şaquli olacaq.

Bundan başaqa həmin maketlərdə “Home” düyməsi mövcud deyil. Ehtimal olunur ki, “Apple” barmaq izləri skanerini birbaşa ekrana quraşdıracaq.

“iPhone 8” bu ilin sentyabrında təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti